Cənubi Koreyada kütləvi meşə yanğınları | Fotolar

Cənubi Koreyada kütləvi meşə yanğınları    | Fotolar
  22 Mart 2025    Oxunub:1014
Cənubi Koreyada kütləvi meşə yanğınları hökm sürür.
AzVision.az xəbər verir ki, bu haqda “Yonhap” agentliyi məlumat yayıb.

20-dən çox meşə yanğını zamanı azı üç yanğınsöndürən və bir dövlət qulluqçusu ölü tapılıb.

Rəsmilər yanğınla mübarizəyə 1600-ə yaxın yanğınsöndürən, 35 helikopter və onlarla texnikanın cəlb edildiyini bildirib. Lakin dağlıq ərazi və güclü külək səbəbindən yanğının yalnız 35%-nin qarşısı alınıb.

Yanğınla bağlı 15 kənddən 200-dən çox sakinə təxliyyə edilib.

Hökumət Şimali və Cənubi Gyeongsang əyalətlərini və Ulsana şəhərini fəlakət zonası elan edib.

Koreya Meşə Xidməti bildirib ki, mərkəzi və cənub əyalətlərində bir sıra digər ərazilər də meşə yanğınlarına məruz qalıb.

Agentlik Şimali və Cənubi Gyeongsang əyalətləri, Busan və Daejeon da daxil olmaqla 12 yerdə ən yüksək səviyyədə olan “şiddətli” yanğın xəbərdarlığı edib.

Yanğınlar həmçinin ölkənin cənub-şərq hissəsində magistralın bir neçə hissəsinin, o cümlədən Ulsan və Cənubi Koreyanın ikinci ən böyük şəhəri olan Busanı birləşdirən bir hissəsinin bağlanmasına səbəb olub.











AzVision.az


Teqlər:





Xəbər lenti